Xəbəri Kokpitdə Oxuyun!

Pirelli: Vəziyyət qeyri-müəyyəndir

Pirelli bugünkü yarışın quru trasda keçiriləcəyi halda bir pit-stop strategiyasının ən optimal variant olacağını düşünür. Yağış olarsa isə vəziyyətin tamamilə qeyri-müəyyən olacağı bildirilir.

Dario Marrafuski, Pirelli-nin yarış proqramları üzrə direktoru: “Həftəsonu başlamazdan əvvəl gözlədiyimiz kimi, bir pit-stop strategiyası ən sürətli variantdır. Mayami mərhələsi üçün seçilən təkərlər sabit performans və aşağı aşınma nümayiş etdirdi, buna görə də stintlərin uzadılması problem yaratmayacaq. İki pit-stop strategiyası isə təxminən on saniyə geri qalır.

Medium-Hard kombinasiyası və 22–28-ci dövrələr arasında pit-stop ən sürətli variant kimi görünür və təhlükəsizlik avtomobili ehtimalı yüksək olan Mayamidə kifayət qədər elastiklik təmin edir.

Soft-Hard kombinasiyası da yaxşı seçimdir. Bu halda pit-stopu 16–22-ci dövrələr arasında etmək məsləhətdir. Medium-Soft isə dövrə vaxtı baxımından daha zəif variantdır və pit-stop 32–38-ci dövrələr arasında planlaşdırılmalıdır.

Aydındır ki, çox şey havadan asılıdır. Bazar günü yarış yağış altında da keçirilə bilər”.

Rauf Hacıyev

Şərh əlavə et