Xəbəri Kokpitdə Oxuyun!

Bortoleto diskvalifikasiya edilib

Mayami Qran Prisinin stüardları Audi  komandasının sürücüsü Qabriel Bortoletonu sprint yarışının protokolundan diskvalifikasiya ediblər. Səbəb bolidin texniki reqlamentin tələblərinə uyğun olmaması olub.

Sprint finişindən sonra keçirilən texniki yoxlama zamanı məlum olub ki, mühərriyin girişində hava təzyiqi icazə verilən maksimum 4,8 bar həddini aşıb. Komanda qayda pozuntusunu etiraf edib və yüngülləşdirici hal kimi bildirib ki, telemetriyada normadan artıq təzyiqi görən kimi onu azaltmaq üçün mümkün olan hər şeyi ediblər.

Stüardlar bu izahı qəbul etsə də, vurğulayıblar ki, reqlamentə əsasən bolid “həmişə” qaydalara uyğun olmalıdır və komanda bunu təmin edə bilməyib. Nəticədə belə hallarda tətbiq olunan standart cəza – diskvalifikasiya qərarı verilib.

Rauf Hacıyev

Şərh əlavə et