Xəbəri Kokpitdə Oxuyun!

Mayami sıralanma: Antonelli zirvəyə qayıdıb

2026-cı ilin Mayami mərhələsi kifayət qədər qeyri-adi alınıb. Hər şey çərşənbə günü yarışın mümkün ləğvi ilə bağlı xəbərlərlə başlayıb. Proqnoz bazar günü ərzində güclü tufan və ildırım vəd edirdi, ABŞ qanunlarına görə isə ildırım zamanı yarış keçirmək qadağandır.

Cümə günü sprint kvalifikasiyasının nəticələri də gözləniləndən fərqli olub. Məcburi beş həftəlik fasilədən sonra qüvvələr nisbətinin dəyişdiyi hiss olunub və bunu şənbə sprinti də təsdiqləyib.İ lk üç Qran Pridə dominant olan Mercedes sürücüləri hətta ilk üçlüyə düşə bilməyib.

Əsas kvalifikasiyada isə qüvvələr nisbəti yenidən bir qədər dəyişib. Komandalar əvvəlki nəticələri nəzərə alaraq sazlanmalara düzəliş ediblər. Pirelli Mayamiyə “yumşaq” üçlük – C3, C4 və C5 tərkiblərini Hard, Medium və Soft kimi gətirib.

Birinci sessiyada Niko Hülkenberg (sprintdəki yanğından sonra bolidi bərpa olunmuşdu) Medium-la trasa çıxıb, digərləri isə dərhal Soft seçib. İlk cəhddə Maks Ferstappen 1:29.099 nəticə ilə lider olub. Piyer və Franko Kolapinto dövrəni tamamlamadan boksa qayıdıblar, Aleks Elbon isə təkərləri bloklayaraq trasdan çıxsa da, problem yaşamayıb.

Sprintdə hava girişində təzyiq limitini aşdığı üçün diskvalifikasiya olunan Qabriel Bortoleto sessiyanın sonunda trasa çıxıb. İkinci cəhddən Maks Ferstappen imtina edib, Kimi Antonelli isə 1:28.653 ilə liderliyə yüksəlib, Şarl Lekler ikinci olub.

Mübarizəni Arvid Lindblad, Fernando Alonso, Ləns Stroll, Serxio Péres, Valtteri Bottas və Bortoleto dayandırıblar.

Sessiyadan sonra Bortoletonun bolidində arxa əyləclər alışıb. Bu, Audi komandası üçün şənbə günü ikinci yanğın olub. Sarı bayraqlar çıxarılıb və bolid marşallar tərəfindən söndürülüb.

İkinci sessiya qısa fasilədən sonra davam edib və hamı trasa Soft təkərlərlə çıxıb. İlk cəhddə Antonelli 1:28.352 nəticə ilə yenə lider olub, Lando Norris isə trasdan çıxdığı üçün dövrəsini korlayıb. İkinci cəhddə Verstappen 1:28.116 nəticə ilə liderliyə yüksəlib. Niko Hülkenberg, Liam Louson, Oliver Berman, Karlos Sainz Jr., Esteban Okon və Elbon final sessiyasına keçə bilməyiblər.

Finalda ilk cəhdlərdə Antonelli 1:27.798 nəticə ilə lider olub. Son cəhdlərdə yalnız Ferstappen nəticəsini yaxşılaşdıraraq ikinci yerə yüksəlib.

Beləliklə, Kimi Antonelli Mayamidə kvalifikasiyanı qazanaraq ardıcıl üçüncü poulunu əldə edib. Ferstappen ikinci olub və mövsümdə ilk dəfə ön sıradan start alacaq. İkinci cərgəni Lekler və Norris, üçüncü cərgəni isə Corc Rassell və Lyuis Həmilton bölüşəcək.

Sıra Sürücü Komanda Q1 Q2 Q3
1 K.Antonelli Mercedes 1:28.653 1:28.289 1:27.798
2 M.Ferstappen Red Bull 1:29.099 1:28.116 1:27.964
3 Ş.Lekler Ferrari 1:28.938 1:28.315 1:28.143
4 L.Norris McLaren 1:29.183 1:28.920 1:28.183
5 C.Rassell Mercedes 1:29.492 1:28.477 1:28.197
6 L.Həmilton Ferrari 1:29.483 1:28.477 1:28.319
7 O.Piastri McLaren 1:29.920 1:28.332 1:28.500
8 F.Kolapinto Alpine 1:29.584 1:28.975 1:28.762
9 A.Hadjar Red Bull 1:29.324 1:28.941 1:28.789
10 P.Qasli Alpine 1:29.914 1:29.070 1:28.810
11 N.Hülkenberq Audi 1:29.645 1:29.439
12 L.Louson Racing Bulls 1:29.595 1:29.499
13 O.Birman Haas 1:29.340 1:29.567
14 K.Sayns Williams 1:29.540 1:29.568
15 E.Okon Haas 1:29.838 1:29.772
16 A.Elbon Williams 1:29.720 1:29.946
17 A.Lindblad Racing Bulls 1:30.133
18 F.Alonso Aston Martin 1:31.098
19 L.Stroll Aston Martin 1:31.164
20 V.Bottas Cadillac 1:31.629
21 S.Peres Cadillac 1:31.967
22 G.Bortoleto Audi 1:33.737

Rauf Hacıyev

Şərh əlavə et