Yarış zamanı bir neçə dəfə tras limitlərini aşdığı müəyyən edilən Antonelli, dördüncü pozuntudan sonra hakimlər tərəfindən araşdırmaya cəlb olunub. Bu vəziyyət gənc pilotun yarış nəticəsinə birbaşa təsir edə biləcək amil kimi ön plana çıxıb.
Qısa müddət sonra verilən rəsmi açıqlamada Antonelliyə “tras limitlərini həddindən artıq çox pozduğu” səbəbilə 5 saniyəlik vaxt cəzası tətbiq olunduğu bildirilib. Bu cəza yekun sıralanmada ciddi dəyişikliklərə səbəb olub.
Cəzadan sonra Antonelli altıncı yerə geriləyib, komanda yoldaşıCorc Rassell isə dördüncü pilləyə yüksəlib. Maks Ferstappen yarışı beşinci sırada başa vurub.
Bu hal çempionatdakı mübarizəsiyə də təsir edib: Antonellinin xal itirməsi ilə Russell komanda yoldaşı ilə arasındakı fərqi 7 xala endirib.




Şərh əlavə et