Mayamidə şənbə günü beş qırmızı işığın sönməsi ilə sprint yarışı start götürüb.
Niko Hülkenberq etibarlılıq problemlərinə görə sprintdə start ala bilməyib, Arvid Lindblad da yarışda iştirak etməyib.
Start düzülüşündə yer alan 16 pilot Medium tərkibli təkərlərlə çıxış edərkən, Cadillac pilotları Hard təkərlərə üstünlük veriblər. Aston Martin pilotlarının bolidlərində isə Soft təkərlər quraşdırılmışdı.
Pouldan start alan McLaren pilotu Lando Norris vəüçüncü yerdən başlayan komanda yoldaşı Oskar Piastri çox yaxşı start alıblar. Norris liderliyini qoruyub, Piastri isə ikinci yerə yüksəlib. Şarl Lekler üçüncülüyə qalxarkən, ikinci yerdən start alan Antonelli dördüncülüyə geriləyib.
İlk dövrədə Lyuis Həmilton ilə Maks Ferstappen arasında təkər-təkərə mübarizə yaşanıb.
Öndə qalmağı bacaran Həmilton ardıcıl sürətli dövrələrlə beşinci yerdəki Corc Rasselli təqib etməyə başlayıb.
İlk 5 dövrədən sonra Lando Norris Piastri ilə fərqi 2 saniyəyə çatdırıb. Bu vaxt Maks Ferstappen radiosu vasitəsilə əyləcdə problem yaşadığını bildirib. Rassell isə komanda yoldaşını keçərək dördüncü yerə yüksəlib.
Bir neçə dövrə sonra Antonelli yerini geri alıb. Elə bu anda Həmilton və Ferstappen arasında yenidən yaxın mübarizə yaşanıb və hər iki pilot trasdan kənara çıxıb. Həmilton Ferstappenin onu tras xaricindən keçdiyini bildirib və bundan sonra Red Bull pilotu mövqeyini geri qaytarıb.
Ferstappen növbəti hücumunda keçidi tras üzərində tamamlayaraq altıncı yerə yüksəlib.
Son iki dövrədə Ayzek Hadjar gec əyləclə Franko Kolapintonu keçərək doqquzuncu yerə qalxıb.
19 dövrəlik sprint yarışının sonunda Lando Norris qələbə qazanaraq karyerasının 4-cü sprint qalibiyyətini əldə edib. Podiumda ona komanda yoldaşı Oskar Piastri və Ferrari pilotu Şarl Lekler qoşulub. Mercedes pilotları dördüncü və beşinci yerləri tutublar, Maks Ferstappen altıncı, Lyuis Həmilton isə yeddinci olub.
| Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
|---|---|---|---|---|
| 1 | L.Norris | McLaren | — | 0 |
| 2 | O.Piastri | McLaren | +3.766 | 0 |
| 3 | Ş.Lekler | Ferrari | +6.251 | 0 |
| 4 | D.Rassell | Mercedes | +12.951 | 0 |
| 5 | M.Ferstappen | Red Bull | +13.639 | 0 |
| 6 | K.Antonelli | Mercedes | +13.777 | 0 |
| 7 | L.Həmilton | Ferrari | +21.665 | 0 |
| 8 | P.Qasli | Alpine | +30.525 | 0 |
| 9 | A.Hacar | Red Bull | +35.346 | 0 |
| 10 | F.Kolapinto | Alpine | +36.970 | 0 |
| 11 | G.Bortoleto | Audi | +48.438 | 0 |
| 12 | E.Okon | Haas | +56.972 | 0 |
| 13 | O.Berman | Haas | +57.365 | 0 |
| 14 | K.Sayns | Williams | +58.504 | 0 |
| 15 | L.Louson | Racing Bulls | +59.358 | 0 |
| 16 | F.Alonso | Aston Martin | +76.067 | 0 |
| 17 | S.Peres | Cadillac | +76.691 | 0 |
| 18 | L.Stroll | Aston Martin | +77.626 | 0 |
| 19 | A.Elbon | Williams | +88.173 | 1 |
| 20 | V.Bottas | Cadillac | +89.597 | 0 |




Şərh əlavə et