Xəbəri Kokpitdə Oxuyun!

Hülkenberq sprintdə çıxış etməyəcək

Niko Hülkenberq Mayami Qran Prisinin  şənbə sprintində iştirak etməyəcək.

Start düzülüşünə gedərkən onun maşınında güc qurğusu tüstülənməyə başlayıb. Audi sürücüsü trasda dayanmağa məcbur olub və bundan sonra kokpitdən çıxıb.

Maşın hələ bokslara gətirilməyib, lakin komandanın idman direktoru Allan MakNiş ümid edir ki, problem aradan qaldırılacaq və Niko kvalifikasiyada iştirak edə biləcək.

Rauf Hacıyev

Şərh əlavə et