Xəbəri Kokpitdə Oxuyun!

Pirelli təkərlərdən razıdır

Pirelli-də cümə günü təkərlərin işindən razı qalıblar. Belə ki, hər üç tərkib öz effektivliyini göstərib, baxmayaraq ki, C3 Mayami üçün bir qədər sərt hesab olunub.

İtalyan təkər istehsalçısının baş mühəndisi Simone Berra: “Cümə məşqi sanki keçmişə qayıdış kimi idi. Sessiyanın 90 dəqiqəyə qədər uzadılması uzun məsafə qət etməyə və böyük həcmdə məlumat toplamağa imkan verdi. Məşqdə əsasən Hard təkərlərdən istifadə olundu. Onlar güc qurğusunun işini analiz etmək və aerodinamik yenilikləri test etmək üçün daha uyğundur.

Mayamidə toplanan məlumat digər mərhələlərdə də faydalı olacaq, çünki C3 mövsüm ərzində ən çox istifadə olunan tərkiblərdən biridir. Medium və Soft təkərlərlə vurulan dövrələr üç tərkib arasındakı fərqi qiymətləndirməyə imkan verdi və bu fərq təxminən yarım saniyə oldu ki, bu da simulyasiya nəticələrinə uyğundur.

Trasın vəziyyəti hələ optimal deyil. Bunu ilk döngədə bir neçə təkər bloklanması halı da göstərir, lakin bazar gününə qədər vəziyyət yaxşılaşacaq.

Cümə günü performansın azalması minimal idi və yalnız yüksək tras temperaturu səbəbindən yaranan qızma ilə bağlı idi. Maraqlıdır ki, sprint kvalifikasiyasında ötən ilin ən yaxşı nəticəsi ilə fərq cəmi 1,4 saniyə olub. Yeni nəsil maşınların döngələrdə daha sürətli olması düzlükdəki aşağı sürəti kompensasiya edir”.

Rauf Hacıyev

Şərh əlavə et