Xəbəri Kokpitdə Oxuyun!

Ferrari soyutma sistemində düzəliş edib

2025-ci il mövsümünün ilk mərhələsi olan Avstraliya Qran Prisindən əvvəl Ferrari komandası SF-25-in motor qapağında vacib dəyişiklik edib. 

Kokpit.az bildirir ki, Ferrari Bəhreyndəki mövsümöncəsi qış testlərində SF-25-in soyutma sistemini bir hava dəliyi ilə sınamışdı. Ancaq Avstraliyadakı isti havaya görə mühəndislər daha çox hava dəliyi açmağa məcbur qalıblar. Buna görə də bolidin motor qapağında üç yeni hava kanalı açılıb. 

Bu dəyişiliyin əsas səbəbi Ferrari-nin yeni nəsil motoru 066/15-in etibarlılığını artırmaqdır. Yüksək temperatura görə motor çox qızır və bunun qarşısını almaq üçün radyatorlardan gələn isti hava daha sürətlə təxliyə edilməlidir. Buna görə də mühəndislər bolidin motor qapağını daha çox hava axımı üçün yenidən dizayn ediblər.

Lakin bu yeni hava kanalları performans cəhətdən vacib olsa da, estetika cəhətdən müzakirələrə səbəb olub. Belə ki, Ferrari-nin qırmızı maşınında karbon fiberdən düzəldilən hava çıxışları diqqəti cəlb edir. Bu qara rəng Ferrari-nin əsas sponsoru olan HP üçün xüsusi dizayn edilən ağ rəngli bölgəyə uyğun gəlmir. Ancaq Formula 1-də bir qram boya belə bolidin çəkisini artırır. Buna görə də mühəndislər performans üçün gözəlliyi ikinci plana atmağa hazırdır.

Ferrari SF-25-in motor qapağındakı istiliyi təxliyə edən kanallara da əl vurmayıb. Bu üsul daha əvvəl alpine tərəfindən istifadə edilmiş, daha sonra isə Ferrari-nin müştəri komandaları bunu fərqli formada təkmilləşdirmişdilər.

Rauf Hacıyev

Şərh əlavə et