Kokpit.az xatırladır ki, keçən mövsüm McLaren ilk yarışlarda çətinlik çəksə də, sonradan güclənmiş və Mühəndislər Kubokunu qazanmışdı. “Narıncılar”ın sürücüsü Lando Norris uzun müddət Maks Ferstappenlə çempionluq uğrunda mübarizə aparsa da, sonda niderlandlı sürücü titulu qazanmışdı.
Buna baxmayaraq McLaren komandası 1998-ci ildə sonra ilk dəfə Mühəndislər Kubokunu qazanaraq, böyük uğur əldə etmişdi.
Avstraliya Qran Prisindən əvvəl keçirilən mətbuat konfransında Maks Ferstappen bildirib ki, hazırda ən sürətli maşına sahib olmasalar da, hələ danışmaq üçün çox tezdir: “Hazırda qəti söz demək mümkünsüzdür. Hazırda ən sürətli maşına sahib olmadığımızı bilirəm, amma önümüzdə uzun mövsüm var. Keçən ili düşünəndə mövsümün əvvəli ilə sonu arasındakı görüntü bir-birindən çox fərqli idi. Formula 1-də hər şey çox sürətlə dəyişə bilər”.
Şərh əlavə et