Kokpit.az bildirir ki, “qırmızılar”ın Loik Serrai ilə anlaşdığı onsuz da məlum idi, amma Ferrari rəsmi açıqlama verməmişdi. Bundan başqa Jerom d’Ambrozionun da italyanların heyətinə qatıldığı deyilirdi.
Nəhayət ki, bu gün Ferrari komandası rəsmi açıqlama verib və bu iki nəfəri heyətinə qatdığını mətbuata bildirib.
Qeyd edək ki, Loik Serra peletondakı ən istedadlı mühəndislərdən biridir. O, Ferrari-də şassi performansı üzrə rəhbər vəzifəsində işləyəcək. Serra birbaşa Enriko Kardileyə bağlı olacaq.
Sabiq Formula 1 sürücüsü Jerom d’Ambrozio isə komanda rəhbərinin köməkçisi kimi işləyəcək. Sabiq belçikalı pilot eyni zaman Ferrari Sürücü Akademiyasının da yeni rəhbəri olacaq.
Hər ikisi də oktyabrın 1-dən etibarən Scuderia Ferrari HP komandasında işləməyə başlayacaq.
Şərh əlavə et