Yarış hesabatı
Yarışdan əvvəl hava kifayət qədər sərin olub. Havanın temperaturu 22°C, asfaltın temperaturu isə cəmi 15°C təşkil edib. Bütün sürücülər motosikletlərinin ön və arxa hissəsində orta tərkibli təkərlərdən istifadə ediblər.
Startda liderliyi Xorxe Martin ələ keçirib. Marko Bezzekki ilk döngənin xarici hissəsindən Mark Markesi keçib. Daha sonra Ai Oqura da Markesi geridə qoyub.
İlk beş dövrə tamamlandıqda Pedro Akosta ikinci pilləyə yüksəlib. Bezzekki dördüncü dövrədə son döngədə trasdan kənara çıxsa da, mübarizəni davam etdirərək yarışa qayıdıb.
Yarışın orta hissəsinə yaxın Mark Markes etdiyi səhvdən sonra yeddinci yerə qədər geriləyib. Pedro Akosta isə birinci döngədə Xorxe Martini keçərək liderliyi ələ keçirib.
Aleks Markes ikinci döngədə qəzaya uğrayaraq yarışı başa vura bilməyib. Bu vaxt təmsilçimiz Toprak Razqatlıoğlu 20-ci pillədə qərarlaşıb.
Damalı bayraq göründükdə Şpilberqdəki yarışın qalibi Pedro Akosta olub. İspaniyalı sürücü MotoGP karyerasında ilk qələbəsini qazanıb. Xorxe Martin ikinci, Marko Bezzekki isə üçüncü yeri tutub.
Ai Oqura dördüncü, Mark Markes isə beşinci olub. Onların ardınca Bred Binder və Françesko Banyaya finişə çatıb. İlk onluğu isə müvafiq olaraq Fermin Aldeqer, Fabio Di Cianantonio və İohan Zarko tamamlayıblar.




Şərh əlavə et