Brnoda sıralama turuna yaşıl bayraqların göstərilməsi ilə sürücülər 15 dəqiqəlik Q1 sessiyası üçün trasa çıxmağa başlayıblar.
İlk dəqiqələrdən sonra 1:51.819 nəticə ilə liderliyə yüksələn sürücü Xorxe Martin olub. Franko Morbidelli isə ondan 0.201 saniyə geri qalaraq ikinci pillədə qərarlaşıb.
Sessiyanın qalan hissəsində ilk iki sırada dəyişiklik baş verməyib və damalı bayraq göstərildikdən sonra Q2-yə yüksələn sürücülər məhz Martin və Morbidelli olublar.
Qısa fasilədən sonra ilk 12-liyin müəyyənləşdiyi Q2 sessiyasına start verilib. Trasa çıxan sürücülərə Mark Markes liderlik edib.
Markes ilk cəhdində 1:51.856 nəticə göstərib. Sürücülər ikinci cəhd üçün boksa qayıtmazdan əvvəl Fabio Di Canantonio təxminən 0.2 saniyə daha sürətli dövrə vuraraq 1:51.643 nəticə ilə liderliyə yüksəlib. Dieqo Moreyra isə ikinci yerə çıxıb.
Poul mövqeyi uğrunda son cəhdlərdən sonra damalı bayraq göstərilib və zaman cədvəlinin zirvəsinə 1:51.139 nəticə ilə Ai Oqura yüksəlib.
Fabio Di Canantonio ikinci yeri tutub, Françesko Banyaya isə üçüncü olub. İlk beşliyi Marko Bezzekki və Mark Markes tamamlayıblar.




Şərh əlavə et