Xəbəri Kokpitdə Oxuyun!

MotoGP: Markes və Ducati Brnoda yaxşı başlayıb

MotoGP üzrə Çexiya Qran Prisinin ilk sərbəst yürüş sessiyasını lider tamamlayan Mark Markes olub. 

Brnoda cümə gününün ilk sərbəst yürüşü günəşli və kifayət qədər isti hava şəraitində start götürüb. Trasın temperaturu 39°C olaraq qeydə alınıb.

Sürücülər ilk dövrələrinə başlayarkən Pedro Akosta və Maverik Vinyales qəzaya uğrayıblar. Marko Bezzekki isə qısa müddətlik trasdan kənara çıxıb. Dieqo Moreyra da sessiyanın əvvəlində qəza edən sürücülər sırasında yer alıb.

İlk dövrələrdən sonra zaman cədvəlinin zirvəsində 1:53.303 nəticə ilə Mark Markes qərarlaşıb. İlk dörd pillədə Markesi Fermin Aldeqer, Françesko Banyaya və Fabio Di Cannantonio izləyib. Bu da Ducati-nin həftəsonuna uğurlu başladığını göstərib.

Bu vaxt Pedro Akosta və Maverik Vinyales sessiyanın əvvəlindəki qəzalarından sonra yenidən trasa qayıdıblar. Toprak Razqatlıoğlu isə həmin anda 14-cü pillədə yer alıb.

Sessiyanın bitməsinə 15 dəqiqə qalmış Xorxe Martin texniki problem yaşadıqdan sonra motosikletini saxlayaraq boksa qayıdıb.

Qalan dəqiqələrdə Mark Markes qəza keçirsə də, heç bir sürücü onun nəticəsini yaxşılaşdıra bilməyib və ispaniyalı sürücü sessiyanı lider tamamlayıb.

Fabio Kuartararo ikinci, Raul Fernandes isə üçüncü olub. İlk beşliyi Joan Mir və Ai Oqura tamamlayıblar.

Rauf Hacıyev

Şərh əlavə et