Səhər paddokdan yayılan görüntülər trasın tam islandığını göstərirdi.
Cümə günkü təsnifatın nəticələrinə görə poul mövqeyindən hindistanlı pilot Kuş Mayni start almalı idi. Onunla yanaşı ön sıralarda Rafael Kamara, Martinius Stenshorn və Qabrielə Mini yer almışdı.
Starta yaxın yağış zəifləsə də, şərait çətin olaraq qalırdı və yarışın asan keçməyəcəyi əvvəlcədən hiss olunurdu.
Startdan əvvəl Roman Bilinskinin maşınında problem yarandı və o, mübarizədən kənarda qaldı. Pilotlar isinmə dövrəsinə təhlükəsizlik maşınının arxasında çıxdılar.
Bu zaman gözlənilməz qərar verildi – Stenshorn start prosedurunu pozduğuna görə dayan və get cəzası aldı.
Start verildi və Mayni ideal startla liderliyi qorudu. Lakin arxada dərhal insident baş verdi. Sprintin qalibi Nikola Tsolov toqquşma nəticəsində yarışdan kənarda qaldı.
Hadisəyə görə Tasanapol İntrafuvasak 10 saniyə cəza aldı (sonradan daha 10 saniyə də əlavə olundu).
Bundan sonra yarış tez-tez təhlükəsizlik maşını rejimi ilə davam etdi:
* Oliver Göte qəza etdi
* Aleks Dann trasda qaldı
* 17-ci döngədə bir neçə toqquşma yaşandı
Bir mərhələdə virtual təhlükəsizlik maşını (VSC) da tətbiq olundu.
Yarışın gedişində liderlik Coşua Dürksenə keçdi, onun arxasında isə 14-cü yerdən yüksələn Kolton Herta gedirdi.
Strategiya və pit-stoplardan sonra vəziyyət yenidən dəyişdi.
Son restartdan sonra ön sıralar belə idi:
Kamara lider,
Dino Beqanoviç ikinci,
Mini üçüncü.
Yarışın son dəqiqələri isə əsl mübarizəyə çevrildi – Beqanoviç, Kamara və Mini qələbə uğrunda təkər-təkərə mübarizə apardılar.
Nəticədə:
Qələbə — Qabriel Mini
2-ci — Beqanoviç
3-cü — Kamara
Bu, Mini üçün Formula 2-də ilk qələbə oldu.
Çempionatda isə maraq daha da artdı – Nikola Tsolov lider qalsa da, fərq cəmi 1 xala düşdü.




Şərh əlavə et