Xəbəri Kokpitdə Oxuyun!

Alpine Eni ilə müqavilə bağlayıb

Eni şirkəti Alpine komandası ilə müqavilə bağlayaraq, Formula 1-ə geri qayıdıb.

Kokpit.az bildirir ki, Eni 25 ildən sonra idmana qayıdaraq fransız komandasının enerji və yanacaq tərəfdaşı olacaq.

Renault Group-un rəhbəri Luka de Meo: “Yenilikçi həll yolları üçün böyük şitkətlər istedadlarını və mütəxəssisliklərini birləşdirməlidirlər. Buna görə də Eni ilə qurduğumuz tərəfdaşlığa görə çox həyəcanlıyam. Birlikdə limitləri sona qədər istifadə edəcəyimiz potensiala sahibik”.

Eni-nin rəhbəri Klaudio Deskalzi isə bunları deyib: “Bu gün Eni və Renault Qrupu güclərini birləşdirərək, sintetik texnologiyanı təkmilləşdirmək üçün vacib addım atıblar.

Alpine F1 komandasınln bolidi ilə bioyanacaq testlərinin başlaması da çox vacibdir, çünki bu texnoloji mükəmməliyə çatmağın gözəl bir əksidir”.

Bu tərəfdaşlıqdan sonra Eni-nin loqotipləri Alpine A25 bolidində, sürücülərin kombinezonlarında və dəbilqələrində olacaq.

Alpine komandasının məsləhətçisi Flavio Briatore: “Eni-ni Formula 1-ə Alpine komandası ilə qaytardıq və buna görə də çox sevincliyik.

Eni-nin komandamızın tarixində çox vacib yeri var. Həm trasda, həm də trasdan kənarda çoxlu həyəcanverici layihəyə imza atmaq üçün səbirsizlənirik”.

Qeyd edək ki, Eni Formula 1-də son dəfə 2000-ci ildə Benetton komandası ilə işləmiıdi. Bununla da italyan yağ istehsalçısı 25 ildən sonra yenidən Enstoun mərkəzli komanda ilə idmana qayıdıb.

Rauf Hacıyev

Şərh əlavə et