Kokpit.az xatırladır ki, italyan mütəxəssis Sauber komandasına 2017-ci ildə Məsləhətçi və İdarə Heyətinin Üzvü kimi qoşulmuş və avtoidmandakı bütün təcrübəsini özü ilə şirkətə gətirmişdi.
Daha sonra Andras Zaydlın gəlişi ilə Bravi komandanın mətbuat qarşısındakı üzü olub və komandanı vacib məqamalarda təmsil edib.
Tezliklə komandanın rəhbəri Conatan Vitli olacaq və bundan əvvəl rəhbərlik vəzifəsini Mattia Binotto icra edəcək.
Alessandro Alunni Bravi ayrılığını bu sözlərlə ifadə edib: “Sauber-də yolun sonuna çatdım və emosional dövrdən keçirəm.
2017-ci ildə bu komandaya qoşulandan bəri bu komandanın böyüdüyünü və dəyişdiyini gördüm. Son iki ildə komandanı ictimaiyyət önündə təmsil etdiyim üçün qürur duydum.
Yeni bir layihəyə keçməmişdəm əvvəl Finn Rausing-ə, Sauber və Audi-də mənə güvənən hər kəsə, xüsusən də, səkkiz ildir birlikdə işlədiyim bütün həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu komanda bir ailədir və önlərində parlaq bir gələcək var”.
Şərh əlavə et