Kokpit.az xatırladır ki, üçqat Dünya Çempionu Maks Ferstappen Azərbaycan yarışına altıncı yerdə başlayıb və yarışı beşinci yerdə başa vurub. Lakin niderlandlı pilot finişə əsas rəqibi Lando Norrisin gerisində çatıb.
Yarışdan sonra jurnalistlərin suallarına cavab verən Mask Ferstappen bildirib ki, bolidi sürmək mümkünsüz olub və təkərlər davamlı olaraq asfaltla ilişmə itiriblər: “Sıralanma turunda etdiyimiz dəyişikliklərin işə yaramadığını hiss etdim və yarışda işlər daha da pis oldu. Hec əyləclənə bilmədim. Döngələrdə hücum etmək mümkünsüz idi. Bir təkər davamlı olaraq yerdən qalxırdı. Yavaş döngələrdə maşın çox tullanırdı. Elə bil go-kart sürürdüm. Əgər asfaltla təmasınız yoxdursa, deməli ilişmə də yoxdur.
Medium təkərlər daha çox yeyilirdi. Hard təkərdə isə vəziyyət bir az yaxşı idi. Amma Elbon və Lansonun arxasında çox vaxt itirdim. Əyləcələrim və təkərlərim çox qızdı. Geri addım atmalı oldum. Daha sonra Corc Rassell arxama gələndə lider qrupa qarşı performansımız pis deyildi. Ancaq maşını sürmək çətin idi.
Mənim üçün çox pis həftəsonu olmasına baxmayaraq, çempionatda çox xal itirmədik. Deyəsən burada yeganə müsbət məqam budur. Bundan daha yaxşısı edə bilərdik. Növbəti dəfə bunu sınayacağıq”.
Şərh əlavə et