Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Ən sürətli mən idim

Ferrari komandasının sürücüsü Karlos Sayns bildirib ki, Azərbaycan yarışının ən sürətli sürücüsü o olub.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü yarışa üçüncü yerdən başlasa da, startda Peresin gerisinə düşüb və dördüncü yerə geriləyib. Yarışın bitməsinə bir dövrə qalmış isə iki sürücü arasında podium uğrunda mübarizə olub. Lakin Serxio Peresin ön təkəri Karlos Saynsın arxa təkərinə təmas etdiyi üçün insidpnt olub və iki pilot da mübarizəni dayandırıblar. 

Karlos Sayns: “Böyük qəza idi və beton divardakı baryerlərə çırpıldım. Çeko və Şarl bir-birlərilə mübarizə apararkən mən də orada həmlə etdim. Normal yarış trayektoriyamı izlədim. Qeyri-adi manevr etmədim. Buna görə də niyə təmas oldu anlamadım”.

Ferrari komandasının sürücüsü Karlos Sayns əlavə edib ki, yarışda ən sürətli pilot elə özü olub: “Bu gün ən sürətli sürücü mən idim. Məncə, ikinci yer üçün mübarizə aparırdım. Buna görə də evə xalsız qayıtmaq çox böyük məyusluq oldu”.

Rauf Hacıyev

Şərh əlavə et