Xəbəri Kokpitdə Oxuyun!

Fittipaldi: Ferstappen Red Bull-un gələcəyinə inanır

İkiqat Dünya Çempionu Emerson Fittipaldi hesab edir ki, Maks Ferstappen Red Bull-un gələcəkdə daha böyük uğurlar qazana biləcəyini düşünür.

Red Bull-Ford Powertrains güc qurğusu Formula 1-də debüt mövsümünə kifayət qədər yaxşı başlayıb. Kristian Horner Milton Kinsdə güclü mühərrik komandası yaratmaq üçün ciddi investisiyalar edib və güc qurğusunun hazırlanması sahəsində təcrübəli mütəxəssisləri bir araya gətirib.

Komandanın texniki rəhbəri Ben Hockinson əvvəllər Mercedes-in ilk turbo-hibrid güc qurğularının hazırlanmasında mühüm rol oynayıb.

İkiqat Dünya Çempionu Emerson Fittipaldi isə Red Bull-un 2021–2025-ci illərdə Honda ilə qazandığı uğurlardan sonra yapon istehsalçısından komandaya cəlb etdiyi mühəndislərin yeni mühərrikin inkişafında həlledici rol oynadığını düşünür.

Fittipaldi Betway-ə açıqlamasında deyib: “Görünür, Red Bull yeni mühərrikin hazırlanmasına töhfə vermələri üçün Honda-dan çox peşəkar mütəxəssisləri öz komandasına cəlb edib.

Bu, böyük üstünlükdür. Çünki Honda tarixən yüksək keyfiyyətli mühərriklər istehsal etməsi ilə tanınıb.

Maks Ferstappenin uzunmüddətli perspektivdə komandada qalmağa qərar verməsinin səbəblərindən biri də bu ola bilər. Ferstappen qarşıdakı illərlə bağlı gözləntiləri qiymətləndirmək imkanı əldə edib və xüsusilə mühərrik sahəsində son dərəcə bacarıqlı mütəxəssislərə güvənə biləcəyini bilirdi”.

Rauf Hacıyev

Şərh əlavə et