Kokpit.az xatırladır ki, Red Bull mövsümə yaxşı başlamış və ilk 5 yarışın 4-də qalib gəlmişdi. Lakin sonradan komandada geriləmə başlamış və yay tətilindən əvvəlki 4 yarışın hamısında qələbə üzünə həsrət qalmışdı.
Red Bull komandası Macarıstana yeniliklər paketi gətirsə də, bu yenilikləri Maks Ferstappen bəyənməmiş və “yetərli deyil” demişdi.
Üçqat Formula 1 Dünya Çempionu Maks Ferstappen son 4 yarışda sadəcə 1 dəfə podiuma yüksəlsə də, Sürücülər Çempionatında Lando Norrisi 78 xal qabaqlayaraq liderlik edir.
Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, yeniliklər RB20-nin balansını alt-üst edib və bunları deyib: “Mövsümün əvvəlində bolidimiz indiki McLaren kimi çox balanslı idi. Bütün traslarda və istənilən şəraitdə uğur qazana bilirdik. Lakin bir yerdə səhv yola döndük.
Maşın zibil kimidir və onu ancaq Maks sürə bilir. Son yeniliklər bolidi lap betər vəziyyətə gətirdi. Onu sazlamaq və balanslamaq daha da çətinləşdi”.
Qeyd edək ki, Red Bull komandasının digər sürücüsü Serxio Peres son 9 yarışdan sadəcə 45 xal toplaya bilib.
Şərh əlavə et