Kokpit.az xatırladır ki, Aston Martin komandası Mercedes-in sabiq baş motorçusu Endi Koveli idarə heyətinin rəhbəri kimi gətirib.
Jurnalistlər Fernando Alonsodan potensial Ədrian Nyui transferi barədə soruşublar: “Sadəcə Endi Koveli dəyərləndirə bilərəm, çünki qalanları dedi-qodudur. Uzun müddət idi ki, Endinin transferi mətbuatda yox idi və onun gəlişi hamı üçün surpriz oldu.
Sözün açığı sevinirəm. Onu şəxsən tanımıram. Sadəcə keçmişdə rəqib olduğumuzda ona hörmət edirdim və onunla tanış olub, söhbət etmək üçün çox səbirsizlənirəm.
Belə görünür ki, Lourens ona çox güvənir. Martin Vitmars da. Bundan başqa Martinə təşəkkür etmək istəyirəm. Aston Martin komandasına çox qatqısı oldu. Martin Vitmars gələndə komanda keçid dövründə idi. Bura üçün çox şey elədi. Ümid edirəm ki, ayrılmamışdan əvvəl onu sevindirəcək nəticələr qazana bilərik”.
Endi Kovelin Honda ilə Aston Martin arasında körpü olub-olmayacağı ilə bağlı suala Fernando Alonso belə cavab verib: “Elə olduğunu düşünürəm. Ancaq bu sadəcə düşüncədir. Bəlkə siz onu məndən yaxşı tanıyırsınız. Bilmirəm. Yenə də komandamızın önündə bir neçə böyük çətinlik var və bu cür insanlar, güclü mühəndislər ya da dizaynerlər bizə qətiliklə kömək edəcəklər”.
Əksər komandaların gətirdiyi yeniliklər bu il işləmir. Aston Martin də bunlardan biridir. Təcrübəli pilot bu barədə də fikir bildirib: “Sözün açığı bu mövzuda bir söz deyə bilmərəm. Məncə özümüzə köklənməliyik. Digər komandalarda kimlərin problem yaşadığına ya da nələrin baş verdiyinə baxmamışam.
Hazırda özümüz barədə çox qəti düşüncəmiz var. Bir neçə yarışdır işlər bizim üçün heç də qaydasında getmir. Vəziyyət ya qaradır ya da ağ. Buna görə halımız daha asandır. Ancaq digər komandaların nələrlə qarşılaşdığını bilmirəm”.
Şərh əlavə et