Kokpit.az xatırladır ki, ispaniyalı sürücü bugünkü yarışa 7-ci yerdən başlayacaq.
Karlos Sayns: “Son dövrlərdə yüksək sürətli döngələrdə problem yaşadığımızı nəzərə alsaq, yüksək sürətin kralı olan bu trasda geridə qalmaq təəccüblü olmadı. Silverstoun bizim üçün bütün halarda çətin həftəsonu olacaqdı.
İmola paketi bizə ekstra performans vermədi. Sadəcə yüksək sürətdə stabilliyimiz bir az artdı, çünki boliddə tullanma bir az azalıb. Bolidi yüksək sürətdə mümkün qədər stabil və hissiyatlı hala gətirməliyik. Əlbəttə, inkişaf edə bilmədiyimizi anlayırıq və buna görə də geri getmək əvəzinə bolidi stabilləşdirməyə çalışırıq.
Bu ilin əvvəlindən tullanma problemi yaşayırıq. Bu bolidimizin əsas problemlərindən biridir. Yeni paket əvvəlkincən çox pisdir. Məncə, işləri qaydasına salmağa çalışmalıyıq. Komanda bunu edə biləcək gücdədir. Keçən il bunu isbatladıq və çox yaxşı inkişaf etdik. Qış ərzində bunu yenidən göstərdik. Bu bolidi daha da stabilləşdirdik. Ancaq son addımlar istədiyimiz kimi olmadı”.
Şərh əlavə et