Kokpit.az xatırladır ki, britaniyalı sürücü qışda komandası ilə olan müqaviləsini 2027-ci ilin sonuna qədər uzatmışdı. Lando Norris komandanın inkişaf tempini davam etdirəcəyinə inanır və komandasına güvənir.
Lando Norris: “MCL38-in sükan arxasına keçib maşını sürəcəyim üçün çox həyəcanlıyam. Yeni rəng çaları çox gözəl görünür və yeni bolidlə trasa çıxmaq gözəl olacaq.
Bəhreyndə maşını sürmək üçün səbirsizlənirəm. Keçənilki geridönüşdən sonra inkişaf barədə komandama güvənirəm. Ancaq hər şey testlərdə, sıralanma turunda və yarışda məlum olacaq.
Keçən həftə ərzində McLaren-in Texnologiya Mərkəzində idim. Mühəndis komandamla birlikdə simulyatorda işləyərək, testlərdən əvvəl hazır vəziyyətə gəldiyimizə əmin oldum. Bəhreynə getmək və yenidən yarışmaq üçün həyəcanlanıram”.
Şərh əlavə et