Xəbəri Kokpitdə Oxuyun!

Monşo FİA-ya texniki direktor təyin olunub

Britaniya mətbuatının verdiyi xəbərə görə Alfa Romeo komandasının sabiq texniki direktoru Jan Monşo FİA-nın tək oturacaqlı maşınlar üzrə texniki direktoru olub.

Kokpit.az bildirir ki, Monşo bu postda Tim Qossu əvəz edib və FİA-da 2018-ci ildən bəri işləyən təkoturacaqlı maşınların direktoru Nikolya Tombazisə izahat verəcək. Fransalı mütəxəssis bu ildən hazırlanacaq 2026-cı ilin Formula 1 reqlamentinin hazırlanmasında vacib rol oynayacaq.

Monşo Formula 1-də uzun illər işləyib. O, 2002-ci ildə Toyota-da karyerasına başlayıb və 2009-cu ilə qədər aerodinamila şöbəsinin rəhbəri işləyib. 2010-cu ildə Ferrari-nin aerodunamika şöbəsində işləməyə başlayıb və burada 2012-ci ilin sonuna qədət işləyib.

O, 2013-cü ildə Formula 1-dən ayrılıb və Audi-də işləməyə başlayıb. 2018-ci ildə isə Sauber komandasının aerodinamika rəhbəri kimi Formula 1-ə qayıdıb. Jan 2019-cu ildə Simone Restanın ayrılması ilə Sauber komandasında texniki direktor olub. Lakin Ceyms Kinin Sauber-ə gəlişi ilə komandadan ayrılıb.

FİA qış ayları ərzində Tom Qoss və idman direktoru Stiv Nilseni itirmişdi. İlin əvvəlində isə Nilseni daha əvvəl təhlükəsizlik rəhbəri işləmiş Tim Malyonu gətirib.

Rauf Hacıyev

Şərh əlavə et