Kokpit.az bildirir ki, Liberty Media-nın evindəki yarışların sayı dördə yüksələ bilər. Belə ki, Formula 1 Çikaqo Qran Prisi ilə bağlı dörd ticarət nişanını qeydə alıb. Bunlar Formula 1 Grand Prix of Chicago, Formula 1 Chicago Grand Prix və elan edilməyən daha iki oxşar variantdır.
Lakin bunun ardınca dərhal trasın inşasının başlayacağını proqnozlaşdırmaq olmaz. Bəli, belə də ola bilər, lakin eyni zamanda Liberty Media bu brendi gələcək üçün rezerv etmək qərarına da gəlmiş ola bilər.
Son illərdəki təcrübəyə əsaslansaq, əgər İllinous ştatının ən böyük şəhəri yarışı qəbul edəcəksə, bu böyük ehtimalla şəhər tipli tras olacaq.
Xatırladaq ki, Çikaqo 2019-cu ilə Formula 1 festivalına uğurla ev sahibliyi etmişdi.
Şərh əlavə et