Xəbəri Kokpitdə Oxuyun!

Ferrari tərəfdaşı ilə müqaviləni uzadıb

Ferrari komandası CEVA Logistics ilə çoxillik müqavilə bağlayıb.

Kokpit.az xatırladır ki, CEVA son illərdə Ferrari-nin loqistika tərəfdaşıdır. Yeni müqaviləyə görə CEVA italyan komandasına aid maşın və avadanlıqları Formula1 və GT yarışlarına və Ferrari Challenge Seriyasının mərhələlərinə daşıyacaq. Yeni müqavilə 2024 və sonrakı illəri əhatə edəcək və uzunmüddətli olacaq.

Bu müqavilənin yenilənməsi onu göstərir ki, tərəflər arasında iş münasibəti yaxşılaşıb və iki marka arasındakı güvən artıb. CEVA Logistics-in loqotipləri Ferrari-nin maşınlarında, komandanın avadanlıqlarında, sürücü və mexaniklərin geyimlərində olacaq.

Ferrari-nin yarış departamentinin kommersiya direktoru Lorenso Corcetti: “Müasir avtoidman loqistika cəhətdən getdikcə qarışıq vəziyyətə düşür. Əvvəlki illərə nisbətən Avropadan kənarda daha çox yarış var və Dünya Çempionatı yarışları dörd qitədə təşkil olunur.

Bu il ilk dəfə Formula1 təqvimində 24 yarış olacaq. Buna görə də CEVA Logistics kimi dünya standartlarında olan tərəfdaşa güvənməliyik”.

Rauf Hacıyev

Şərh əlavə et