Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Alonso ilə WEC-də yarışmaq istəyərəm

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, gələcək Fernando Alonso ilə 24 saatlıq Le Man marafonunda yarışmaq istəyir.

Kokpit.az xatırladır ki, Fernando Alonso daha əvvəl iki dəfə 24 saatlıq Le Man marafonunda çıxış etmiş və hər iki halda da qalib gəlmişdi.

Maks Ferstappen: “Gələcəkdə MotoGP motosikleti sürmək istəyərəm. SuperGT-ni də sevirəm. Keçmişdi orada sürmək fürsətim oldu və çox əyləndim.

Super Formula maşınları da yaxşıdır. Formula1-dən sonra ən sürətli maşınlar oradadırlar və əla görünürlər.

Amma Le Manı qətiliklə sınamaq istəyərəm. Atam Le Manda yarışarkən orada olmuşdum. Dözümlülük yarışında ab-hava başqadır – çox adam, gecə ərzində sürmək, günəşin doğuşu… Məncə, orada hər şey əladır.

Fernando ilə bu barədə danışdım. Mənə dedi ki, bunu sadəcə səninlə etmək istəyərəm. Mən də ona “vauuu, bu əla olar” dedim.

Tək problem Le Manda sürücü üçün minimum çəki qaydası yoxdur. Mən çox ağır sürürüyəm və bunu kompensə etmək üçün özümə yüngül komanda yoldaşları tapmalıyam. Amma Fernando çox yüngüldür. Buna görə onunla yarışmaq əla olar. Lakin başqa sürücü də tapmalıyıq”.

Rauf Hacıyev

Şərh əlavə et