Kokpit.az xatırladır ki, həm Leklerin, həm də Saynsın komanda ilə müqaviləsi 2024-cü ilin sonunda başa çatacaq. Hər iki sürücü də yeni mövsümə yeni müqavilə ilə başlamaq istəyirlər. Buna görə də qışda müqavilə üçün danışıqların gedəcəyi gözlənilirdi. Rəsmi danışıqlar keçən həftə başlayıb və İtaliya mətbuatı iddia edirdi ki, Leklerlə beşillik yeni müqavilə imzalanıb. Sayns tərəfdə isə problem var.
Lakin Britaniya mətbuatı bildirib ki, Ferrari hər iki sürücü ilə də müqavilə yeniləyib.
Şarl Leklerə üçillik – 2027-ci ilin sonuna qədər, Karlos Sayns isə ən az ikiillik müqavilə təklif ediləcək.
Tərəflər arasında maliyyə problemlərinin olması gözlənilmir. Rəsmi müqavilənin növbəti həftələrdə bağlanması gözlənilir və iki sürücü də böyük ehtimalla yeni mövsümə yeni müqavilə ilə başlayacaq.
Şərh əlavə et