Xəbəri Kokpitdə Oxuyun!

M.Krak: Alonso yaradıcı sürücüdür

Aston Martin komandasının rəhbəri Mayk Krak bildirib ki, Fernando Alonso çətinliklər qarşısında çox yaradıcı davranır.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü keçən ilin sonunda Alpine-dən ayrılaraq, Aston Martin-ə keçmişdi. İkiqat Dünya Çempionu yeni komandasına tez uyğunlaşıb və ilk yarışlardan yaxşı nəticələr qazanıb. Veteran sürücü bu il 8 podium qazanaraq, bu statistikada üçüncü yerdə qərarlaşıb. O, Las Veqas yarışının ilk dövrəsində yerində fırlansa da, yekunda xal qazana bilib.

Mayk Krak: “Doğrudan da çox yaxşıdır. Təzə gələndə elə bilirdim ki, bu bal ayı kimidir. Ancaq komanda olaraq çətin dövrlər keçirdik və bu komandanın, Lənsin və Fernandonun əsl gücünü göstərdi. Bir-birimizə bağlandıq.

Doğrudan da çətin zamanlar idi. Münasibətimiz bunun hesabına daha da gücləndi. Hər iki sürücü komandadakı əsas problemləri tapmaqda həmfikir idi. Həmişə çox yaradıcı oldular”.

Rauf Hacıyev

Şərh əlavə et