Kokpit.az xatırladır ki, fransalı sürücü Meksika Qran Prisindən çəkilib və onu Rio Hirakava əvəz edib.
Esteban Okon: “Haas F1 komandasının son qərarı ilə bağlı — bu həftəsonu Meksika Qran Prisində iştirak etməyəcəyimin təsdiqlənməsindən sonra — yaranmış vəziyyətlə əlaqədar mediada yayılan bəzi məlumatlara və fərziyyələrə rəsmi münasibət bildirmək istəyirəm.
Şənbə günü axşam tərəflər arasında fikir ayrılığı müzakirəyə səbəb olub. Belə bir müzakirənin baş verdiyini qəbul etsəm də, hər hansı fikir ayrılığını həll etmək üçün fiziki zorakılığa əl atıldığına dair bütün məlumatları və iddiaları qəti şəkildə rədd edirəm.
Zorakılığın bütün formalarını qətiyyətlə pisləyirəm. Əminəm ki, fikir ayrılıqları hər zaman peşəkarlıq, hörmət və qarşılıqlı anlaşma çərçivəsində həll edilməlidir.
Məsələ araşdırılan müddətdə fərziyyələrdən çəkinməyinizi xahiş edirəm. Əlavə məlumat zamanı gəldikdə açıqlanacaq”.




Şərh əlavə et