Arvid Lindblad mövsümdə altıncı daxiliyanma mühərrikini alıb. Bu, icazə verilən limiti aşdığı üçün Racing Bulls pilotu bazar günü yarışa start zamanı 5 mövqe itirəcək.
Qabriel Bortoleto isə dördüncü enerji ehtiyatı qurğusunu və dördüncü idarəetmə elektronikasını alıb. Hər iki element üzrə mövsümlük limit keçildiyindən Audi pilotu startda 20 mövqe itirəcək.
Bortoletonun bolidində, həmçinin turbin, egzoz sistemi, idarəetmə elektronikası və güc qurğusunun köməkçi elementləri dəyişdirilib. Bu dəyişikliklər icazə verilən limitlər daxilində olduğu üçün əlavə cərimə nəzərdə tutulmur.
Franko Kolapinto da mövsümdə dördüncü idarəetmə elektronikasını alaraq icazə verilən limiti keçib. Buna görə Alpine pilotu startda 10 mövqe itirəcək.
Oskar Piastri, Kimi Antonelli və Karlos Saynsın bolidlərində isə güc qurğusunun köməkçi elementləri yenilənib. McLaren, Mercedes və Williams pilotları üzrə bu dəyişikliklər icazə verilən limitlər daxilində olduğundan heç birinə cərimə verilməyib.




Şərh əlavə et