Bir saatlıq məşq sessiyası başlayıb və pilotlar pit yolundan trasa çıxıblar.
İlk dəqiqələrdə Pedro Akosta 1:29.301 nəticə göstərərək tempi müəyyənləşdirib. Marko Bezzekki isə 1:29.383-lük dövrə ilə ikinci olub.
Akostanın liderliyinə İohan Zarko cavab verib. Təcrübəli pilot 1:29.277 nəticə ilə birinci pilləyə yüksəlib. Daha sonra liderliyi qısa müddətə Fabio Kuartararo ələ keçirib. Lakin Akosta 1:28.840-lıq dövrəsi ilə yenidən zirvəyə qayıdıb.
Kuartararo sürətli dövrəsində 1:29.210 nəticə göstərərək vaxtını yaxşılaşdırsa da, sıralamada dəyişiklik baş verməyib.
Sessiyanın ilk dörddə biri geridə qalanda Mark Markes 1:29.310 nəticə ilə beşinci pilləyə yüksəlib. Markes ilk sektorda üstün görünsə də, orta və son sektorlarda istədiyi tempi tapa bilməyib. Marko Bezzekki də sürətli dövrəsindən sonra nəticəsini yaxşılaşdıra bilməyib və pilotların əksəriyyəti sazlamaları optimallaşdırmaq üçün boksa qayıdıb.
Qısa müddət sonra pilotlar yenidən trasa çıxıb və dövrə vaxtları yaxşılaşmağa başlayıb.
Xorxe Martin 1:29.048 nəticə ilə liderliyə yüksəlib. Luka Marini isə 1:29.207-lik dövrə ilə ikinci olub. Pedro Akosta 1:28.507 nəticə göstərərək yenidən birinci pilləni tutub.
Sessiyanın ilk yarısı başa çatarkən Akosta 1:28.381-lik dövrə ilə liderliyini möhkəmləndirib. Luka Marini də 1:28.992 nəticə göstərərək Xorxe Martinin vaxtını geridə qoyub və ikinci yerə yüksəlib.
Son 20 dəqiqəyə daxil olduqda pilotların əksəriyyəti yenidən boksa qayıdıb. İlk onluqdakı sürücülər qarajda olduğu vaxt trasa çıxan Moreyra 1:28.939 nəticə ilə üçüncü pilləyə yüksəlib. Fermin Aldeqer isə 1:28.880-lik dövrə ilə ikinci olub.
Sessiyanın son dörddə birinə daxil olarkən Bred Binder 1:29.273 nəticə ilə doqquzuncu pilləyə yüksəlib. Bir qədər sonra daha bir dövrə tamamlayan Binder 1:28.970 nəticə göstərərək dördüncü yerə qalxıb.
Aleks Markes düz yolda motosikletinə nəzarəti itirərək qəza edib. Uzun məsafə sürüşən Markesin motosikleti qəza zamanı bir neçə dəfə çevrilib və trasın üzərinə hissələr səpələnib. Əvvəlcə sarı bayraqlar göstərilib, daha sonra isə qısa müddətdə qırmızı bayraq dalğalanıb və trasın təmizlənməsi üçün sessiya dayandırılıb.
Aleks Markes öz gücü ilə ayağa qalxaraq boksa qayıdıb. Onun vəziyyətinin yaxşı olduğu bildirilib. Qırmızı bayraq aradan qaldırıldıqdan sonra məşq sessiyası bərpa olunub. Markes zədələnmiş kombinezonunu dəyişərək mübarizəyə qoşulub.
Kuartararo Yamaha üçün güclü temp nümayiş etdirib. O, 1:28.972 nəticə ilə ilk onluğa daxil olub. Mark Markes də 1:28.632-lik dövrə ilə sürətini artıraraq üçüncü pilləyə yüksəlib.
Oqura da nəticəsini yaxşılaşdırıb. 1:29.624-lük dövrə ilə Markesi geridə qoyaraq üçüncü yerə qalxıb.
Fabio Di Cianantonio 1:28.633 nəticə ilə beşinci pilləyə yüksəlib. Oqura isə daha bir sürətli dövrə tamamlayaraq 1:28.568 nəticə göstərib və ikinci yerə qalxıb.
Sessiyanın bitməsinə iki dəqiqə qalmış 15-ci pillədə olan Bezzekki 1:28.811-lik dövrə ilə yeddinci yerə yüksəlib. Fermin Aldeqer isə 1:28.508 nəticə ilə ikinci olub.
Damaları bayraqdan əvvəlki son dövrəsində Pedro Akosta vaxtını bir daha yaxşılaşdıraraq 1:28.371 nəticə göstərib və sessiyanın ən sürətli pilotu olub. Kuartararo da 1:28.817-lik dövrə ilə son anda onuncu pilləyə yüksəlib.
Beləliklə, əsas məşq sessiyasını Pedro Akosta lider başa vurub.




Şərh əlavə et