Xəbəri Kokpitdə Oxuyun!

MotoGP Avstriya: İlk məşqlərdə Akosta birinci olub

MotoGP üzrə Avstriya Qran Prisinin ilk sərbəst yürüşündə ən sürətli nəticəni Pedro Akosta göstərib.

Cümə gününün ilk sessiyası öncəsi Avstriyada sərin hava şəraiti hökm sürüb. Havanın temperaturu 12, trasın temperaturu isə 15 dərəcə olub.

İlk dəqiqələr geridə qaldıqdan sonra Xorxe Martinin motosikletində mexaniki problem yaranıb. İspaniyalı pilot motosikletini kənara çəkib. Qısa fasilədən sonra isə trasdakı mübarizəyə qayıdaraq 1:30.454 nəticə ilə dördüncü yerə yüksəlib.

Bu vaxt Toprak Razqatlıoğlu 22-ci pillədə qərarlaşıb.

Sessiyanın böyük hissəsi sakit keçib. Lakin finişə 20 dəqiqə qalmış Pol Esparqaro 4-cü döngədə qəza edib. Buna baxmayaraq, o, yürüşü davam etdirə bilib.

Beşinci yerdə olan Marko Bezzekki şikana həddindən artıq sürətlə daxil olduğu üçün döngəni keçə bilməyib və trasdan kənara çıxıb.

Damaları bayraq yellənəndə Pedro Akosta 1:29.851 nəticə ilə sessiyanın lideri olub. Pol Esparqaro ikinci, Xorxe Martin isə üçüncü yeri tutub.

Mark Markes dördüncü, İohan Zarko beşinci, Raul Fernandes altıncı olub.

Rauf Hacıyev

Şərh əlavə et