Kin Nakamura-Berta Williams-ın gənc pilot proqramının üzvüdür. O, Formula yarışlarında debütünü 2023-cü ildə edib. 2025-ci ildə İtaliya Formula 4 çempionu olan britaniyalı pilot 2026-cı ildə Yaxın Şərq Formula Regionalında titul qazanıb və Avropa Formula Regionalında üçüncü yeri tutub.
Kin Nakamura-Berta: “Williams Sürücü Akademiyasının dəstəyi ilə Trident komandasının heyətində Formula 3-ə keçmək fürsəti əldə etdiyim üçün çox şadam.
Formula Regional mövsümünü yaxşı nəticə ilə başa vurdum. Formula 3-ün ən yaxşı komandalarından birinə qoşulmaq imkanının yaranması gələn il bu gənclər seriyasında debütüm öncəsi mənə əlavə inam verir. Bu məqsədə çatmağımda mənə kömək edən hər kəsə böyük təşəkkürümü bildirirəm”.




Şərh əlavə et