Fransa komandası britaniyalı mütəxəssisin texniki istiqaməti gücləndirəcəyinə və komandaya liderlik edən dörd kollektivlə aradakı fərqi azaltmağa kömək edəcəyinə ümid edir.
Elliot daha əvvəl, 2008–2012-ci illərdə Enstounda çalışıb və həmin dövrdə aerodinamika departamentinə rəhbərlik edib. Onun Formula 1-də ümumi iş təcrübəsi 23 ildir. Mütəxəssis Renault və Mercedes-lə əməkdaşlıq etməklə yanaşı, 2000–2008-ci illərdə McLaren-də də fəaliyyət göstərib.
Mayk daha əvvəl 8 dəfə Mühəndislər, 8 dəfə isə Sürücülər Çempionatının qalibi olub. O, Mika Həkkinen, Kimi Rəykkönen, Fernando Alonso, Lyuis Həmilton və Niko Rosberq kimi Dünya Çempionları ilə birgə işləyib.




Şərh əlavə et