Xəbəri Kokpitdə Oxuyun!

İmoladakı Pirelli testləri başa çatıb

İmolada 2027-ci il mövsümü üçün hazırlanan Pirelli prototip təkərlərinin iki günlük sınaqları başa çatıb. İlk gün Ferrari-nin əsas pilotları çalışıb, ikinci gündə isə iki komandadan üç pilot trasda olub.

Racing Bulls-un heyətində Liam Louson və Arvid Lindblad,-Ferrari”də isə Antonio Covinatsi sükan arxasına keçib.

Səhər saatlarında Louson C3 və C4 təkərləri ilə bir neçə qısa seriya keçirib. Daha sonra C4 ilə uzun seriyaya fokuslanıb. Lindblad da oxşar proqram üzrə işləyib, lakin günün ikinci hissəsində C3 və C5 təkərlərini sınaqdan keçirib. Covinatsi isə yalnız C3 təkərlərindən istifadə edib və həm qısa, həm də uzun seriyalar üzərində çalışıb.

Louson 65 dövrə, yəni 319 kilometr məsafə qət edib və ən yaxşı nəticəsi 1:18.471 olub. Lindblad 73 dövrə vuraraq 358 kilometr məsafə qət edib və 1:18.454-lük nəticə göstərib.

Ən çox məsafəni isə Covinatsi qət edib. Ferrari-nin pilotu 135 dövrədə 663 kilometr məsafə toplayıb. Onun ən yaxşı dövrəsi 1:19.894 olub.

İki gün ərzində Pirelli testlərində ümumilikdə 400 dövrə, yaxud 1963 kilometr məsafə qət edilib.

Pirelli-nin növbəti testləri oktyabrın ortalarında Man-Kurda keçiriləcək. Bu sınaqlarda xüsusi süni suvarma sistemi vasitəsilə aralıq və yağış təkərlərinin prototipləri qiymətləndiriləcək.

Rauf Hacıyev

Şərh əlavə et