Frederik Vassyör: “Biz indi 12 ay əvvəlki vəziyyətdə deyilik. Bu gün bütün yenilikləri gələn ilin layihəsinə daşıya biləcəyik. İşimizi davam etdirəcəyik, amma ola bilər ki, başqa şeylər, başqa aspektlər üzərində çalışaq. Bununla belə, hazırda etdiyimiz bütün yeniliklərin 80%-i gələn il istifadə olunacaq”.
Vassyör əlavə edib ki, hazırda mühəndislərin əsas prioriteti sıralanma rejimində maşının rəqabət qabiliyyətini artırmaqdır: “Biz həqiqətən sürətli dövrədə tempi artırmalıyıq. Amma yarış məsafəsində sürətdən danışsaq, bu, bizdə var”.
Xatırladaq ki, komanda hazırda mühəndislər Kubokunda ikinci yerdədir. Bu il iki qələbə əldə etsələr də, son 4 yarışın heç birində podiuma yüksələ bilməyiblər.




Şərh əlavə et