Xəbəri Kokpitdə Oxuyun!

Ferrari İmolada Pirelli testləri keçirib

Ferrari komandası çərşənbə axşamı İmolada  Pirelli-nin test proqramı çərçivəsində 2027-ci il mövsümü üçün hazırlanan prototip təkərləri sınaqdan keçirib.

İtaliya trasındakı testlərdə Ferrari-nin əsas pilotları iştirak edib. Səhər saatlarında sükan arxasına Lyuis Həmilton keçib, günün ikinci hissəsində isə onu Şarl Lekler əvəz edib.

Həmilton öz proqramı çərçivəsində 64 dövrə vurub və günün ən yaxşı nəticəsini – 1:19.485 – göstərib. Lekler isə 63 dövrə tamamlayaraq, 1:18.831-lik nəticə ilə günü başa vurub.

Təkər testləri çərşənbə günü də iki komandanın iştirakı ilə davam edəcək. Ferrari-də Antonio Covinatsi sükan arxasına keçəcək. Racing Bulls-da isə Arvid Lindblad və Liam Louson növbə ilə testlərdə iştirak edəcəklər.

 

Rauf Hacıyev

Şərh əlavə et