İtaliyanın Auto Racer nəşrinin yaydığı məlumata görə, Ferrari Madrinqdə keçirilən İspaniya Qran Prisindən sonra İmolaya yollanacaq. Testlər sentyabrın 15-i çərşənbə axşamı və 16-sı çərşənbə günü baş tutacaq.
Həmilton və Lekler Pirellinin 2027-ci il mövsümündə istifadə olunacaq yeni təkərlərin hazırlanması istiqamətində apardığı işlərə dəstək verəcəklər.
Ferrari bununla yanaşı, gənc pilotları Dino Beqanoviç və Rafael Kamara, ehtiyat pilot Antonio Covinatsi və Şarl Leklerin qardaşı Artur Leklerin iştirak edəcəyi TPC testi də keçirəcək. Dörd pilotun sükan arxasında növbə ilə çıxış edəcəyi gözlənilir.
Ferrari-nin İmolaya səfəri İtaliya trasının bu mövsümün final yarışına ev sahibliyi edə biləcəyi ilə bağlı söz-söhbətlərin artdığı vaxta təsadüf edib.
Formula 1-in rəhbəri və baş icraçı direktoru Stefano Domenikali iyul ayında “PlanetF1 və digər seçilmiş media qurumlarına açıqlamasında Qətər və Əbu Dabi Qran Prilərinin ləğv olunacağı təqdirdə 2026-cı il mövsümünün Avropada başa çatacağını təsdiqləyib.
Domenikali alternativ mövsüm finalına ev sahibliyi edə biləcək traslar arasında İmolaya da baxıldığını etiraf edib.




Şərh əlavə et