İspaniya Qran Prisi Madridin dar və çətin küçə trasında həyəcan dolu mübarizəyə səhnə olub. Təkər idarəetməsi və strategiyanın ön plana çıxdığı yarışda qələbə qazanan italyan pilot podiumun ən yüksək pilləsində yer alsa da, yarışın əvvəlində üstün olan rəqibi Lando Norrisi unutmayıb.
Çətin yarışdan sonra hisslərini bölüşən Kimi Antonelli bunları deyib: “Çox çətin yarış idi. Xüsusilə təkərləri idarə etmək olduqca çətin idi.
Bu gün qalib gəlmək möhtəşəmdir, amma tam olaraq mükəmməl hiss etdirmir. Çünki düşünürəm ki, bu gün qələbəyə layiq olan pilot Lando idi. Buna baxmayaraq, nə olursa-olsun, bu qələbəni cibimizə qoyuruq.
Bundan başqa, çox güclü yarış keçirdik. Xüsusilə Hard təkərlərdə tempimiz olduqca yaxşı idi. İndi isə əzmlə çalışmağa və limitlərdə sürməyə davam etməliyik”.




Şərh əlavə et