Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: İkincilik inanılmaz nəticədir

Red Bull komandasının sürücüsü Maks Ferstappen İspaniya Qran Prisində ikinci yeri tutduqdan sonra yarış tempini nəzərə alaraq əldə etdikləri nəticəni “inanılmaz” adlandırıb.

Niderlandlı sürücü yarışa üçüncü pillədən start götürsə də, Madrid Qran-prisini ikinci yerdə başa vurub.

Yarışdan sonra danışan dördqat Dünya Çempionu yarış tempi baxımından ikinci yerin onlar üçün gözləniləndən daha yaxşı nəticə olduğunu bildirib.

Maks Ferstappen: “Yarış tempinə baxdıqda bu, həqiqətən də bizim üçün möhtəşəm nəticədir.

Lando Virtual Təhlükəsizlik Avtomobili səbəbindən bəxtsizlik yaşadı. Buna görə də ikinci yer bizim üçün inanılmaz nəticədir. Çünki onun məni nə qədər sürətlə yaxaladığını görə bilirdiniz. Lakin burada ötmək demək olar ki, mümkün deyil. Buna görə də onu arxamda saxlaya bildim.

Burada avtomobili sadəcə olaraq trasın ortasında yerləşdirmək müdafiə baxımından çox yaxşı işləyir. Təbii ki, bunu edərkən təkərlərin ilişmə səviyyəsini qorumaq da vacibdir.”

Rauf Hacıyev

Şərh əlavə et