Xəbəri Kokpitdə Oxuyun!

Berman pit-leyndən start götürəcək

Şənbə günü keçirilən məşqdə qəza keçirən Oliver Berman üçün ehtiyat şassi üzərində avtomobil yığan Haas komandası əlavə olaraq güc qurğusunun bəzi elementlərini də dəyişmək qərarına gəlib. Nəticədə britaniyalı pilot İtaliya Qran Prisində pit yolundan start götürəcək.

Berman onsuz da sıralama turunda iştirak etmədiyi üçün son cərgədən start almalı idi. Stüardların xüsusi qərarı ilə yarışa buraxılan pilot üçün Haas qapalı park rejimində avtomobilə müdaxilə edərək güc qurğusunun bəzi komponentlərini də dəyişib.

Komanda dördüncü enerji batareyasını, idarəetmə elektronikası blokunu və MGU-K-nı quraşdırıb. Bu dəyişikliklərin hər üçü mövsüm ərzində icazə verilən say həddini aşır.

Buna görə Berman yarışa son cərgədən deyil, birbaşa pit-leynədən başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et