Xəbəri Kokpitdə Oxuyun!

Antonelli: Norris poulu əlimdən aldı

Mercedes komandasının sürücüsü Kimi Antonelli İspaniya Qran Prisinin sıralanma turlarında poul mövqeyini Lando Norrisə qarşı  itirdiyi üçün məyus olsa da, Mercedes-in performansından razı qaldığını bildirib.

İtalyan sürücü İspaniya Qran Prisinin sıralanma turunu ikinci pillədə başa vurub və bazar günü keçiriləcək yarışa Lando Norrisin yanında, ön cərgədən başlayacaq.

Sıralanma turundan sonra danışan çempionatın lideri poul üçün kifayət etdiyini düşündüyü bir dövrə vurduğunu, lakin son anda Lando Norrisin onu qabaqladığını deyib.

Kimi Antonelli: “Dövrəmin yaxşı olduğunu düşünürdüm, amma sonra Norris poul mövqeyini əlimdən aldı. Çox gərgin sıralanma sessiyası oldu. Tras çox isti olduğu üçün düzgün balansı tapmaq çətin idi, amma dövrə kifayət qədər təmiz alındı.

Açığı, belə çətin trasda hər şeyi bir araya gətirmək asan deyil. Ancaq ümumilikdə yaxşı iş gördüyümüzü düşünürəm. Sabah nə edə biləcəyimizə baxacağıq”.

Rauf Hacıyev

Şərh əlavə et