Xəbəri Kokpitdə Oxuyun!

Ferstappen: “Üçüncülük bizim üçün əla nəticədir”

Red Bull komandasının sürücüsü Maks Ferstappen İspaniya Qran Prisinin sıralanma turunda üçüncü pilləni tutduqdan sonra bolidin performansından razı qaldığını bildirib.

İspaniya Qran Prisinin sıralanma turunun son hissəsi olduqca gərgin keçib. Damalı bayraq dalğalananda niderlandlı sürücü üçüncü pillədə qərarlaşıb. Poul mövqeyini isə McLaren komandasının pilotu Lando Norris qazanıb.

Maks Ferstappen xüsusilə sıralanma turlarında bolidin reaksiyasından razı qaldığını vurğulayıb. Şənbə günündən sonra danışan niderlandlı pilot deyib: “Bizim üçün çox yaxşı sıralanma sessiyası oldu. Düşünürəm ki, üçüncülük bizim üçün əla nəticədir.

Bolid sıralanma turunda kifayət qədər yaxşı idi və döngələrdə onu istədiyim kimi limitə qədər sürə bilirdim. Bu, bizim üçün çox müsbət məqamdır”.

Rauf Hacıyev

Şərh əlavə et