Xəbəri Kokpitdə Oxuyun!

Bezzekki San Marinoda poul qazanıb

2026-cı il San Marino Qran Prisinin poul mövqeyinin sahibi 1:29.982 nəticə göstərən Marko Bezzekki olub.

Q1

San Marino Qran Prisinin poul mübarizəsinə start verilməsi ilə pilotlar trasa çıxıb.

Q1-in ilk dəqiqələrində Raul Fernandes 1:30.535 nəticə göstərərək liderliyə yüksəlib. Toprak Razqatlıoğlu isə dövrəsini 1:34.424 vaxtla tamamlayıb və rəqabətədavamlı nəticə göstərə bilməyib.

Fabio Di Cianantonio 1:30.799 nəticə ilə Fernandesdən cüzi fərqlə geri qalaraq ikinci pilləyə yüksəlib.

Q1-in son dəqiqələrində Fernandes 1:30.535-lik nəticəsini qoruyub. Di Cianantonio 1:30.799-la ikinci olsa da, Fermin Aldeqer 1:30.577 nəticə göstərərək ona cavab verib.

Son anlarda nəticələr əhəmiyyətli dərəcədə yaxşılaşsa da, ilk iki pillədə Raul Fernandes və Fermin Aldeqer qərarlaşıb. Hər iki pilot Q2-yə yüksəlib, digər sürücülər isə mübarizəni dayandırıb.

Q2

Q2-nin başlaması ilə pilotlar yenidən trasa çıxıblar və poul uğrunda mübarizə qızışıb.

İlk dəqiqələrdə Aleks Markes 1:30.504 nəticə ilə liderliyə yüksəlib. Sürətli dövrəsindən sonra döngədə idarəetməni itirən Aleks Markes qəza törədib və çınqıllıq sahəyə sürüklənib. Qəzadan sonra ayağa qalxan ispaniyalı pilot boksuna qayıdıb.

Qəzadan qısa müddət sonra Mark Markes 1:30.504-lük nəticə göstərərək qardaşını qabaqlayıb və liderliyə yüksəlib. Lakin mübarizə daha da qızışıb. Əvvəlcə Fabio Di Cianantonio 1:30.449 nəticə ilə Mark Markesi geridə qoyub. Ardınca isə Marko Bezzekki 1:29.982-lik dövrə ilə yeni rekord müəyyənləşdirərək zirvəyə yüksəlib.

Sürətli dövrələrdən sonra bütün pilotlar məlumatları təhlil etmək üçün boksa qayıdıb.

Q2-nin son üç dəqiqəsinə daxil olanda pilotlar yenidən trasa çıxıb. Mark Markes sürətli dövrəsi zamanı bolidi istədiyi kimi idarə edə bilməyib və ikinci sektorun sonundakı döngəyə düzgün daxil ola bilmədiyi üçün dövrəsini yarımçıq saxlayıb.

Aleks Markes 1:30.696 nəticə ilə səkkizinci pilləyə yüksəlib. Fabio Di Cianantonio isə yüngül qəza törədərək çınqıllıq sahəyə çıxıb və qısa müddət ərzində sarı bayraqlar dalğalandırılıb.

Mark Markes 1:30.180 nəticə göstərərək ikinci pilləyə yüksəlib. Vaxt itirmədən növbəti sürətli dövrəsinə başlayan Markes ilk iki sektorda istədiyi tempi tapa bilməyib.

Bu vaxt Aleks Markes daha bir qəza törədib və sarı bayraqlar dalğalandırılıb. Buna görə də Mark Markes dövrəsini yarımçıq dayandırıb.

Damalı bayrağın dalğalanması ilə poul mövqeyi Marko Bezzekkiyə qismət olub. O, 1:29.982-lik nəticə ilə San Marino Qran Prisində ilk yerdən start alacaq.

Rauf Hacıyev

Şərh əlavə et