Xəbəri Kokpitdə Oxuyun!

MotoGP San Marino: Markes ikinci məşqlərdə liderdir

2026-cı il MotoGP San Marino Qran Prisinin ikinci sərbəst yürüşündə Mark Markes ən sürətli nəticəni göstərib.

 

San-Marinoda yaşıl işıqların yanması ilə sıralanma turlarından əvvəlki son məşq sessiyasına start verilib.

Səhər saatlarında trasın ətrafında yağış yağdığı üçün həm Moto3, həm də Moto2-nin məşq sessiyaları qurumaqda olan trasda keçirilib. Bu səbəbdən asfaltın vəziyyəti sessiya ərzində bəzi hissələrdə dəyişkən olaraq qalıb.

Pilotların demək olar ki, hamısı yumşaq arxa təkərlərlə trasa çıxıb. İlk beş dəqiqə geridə qaldıqdan sonra Fermin Aldeqer 1:33.638 nəticə ilə liderliyə yüksəlib.

Tras quruduqca dövrələr də sürətlənməyə başlayıb. Aleks Markes 1:31.300 nəticə ilə liderliyi ələ keçirib. Onu 0,229 saniyə geridə Xorxe Martin izləyib. Toprak Razqatlıoğlu isə 1:32.651 nəticə ilə 12-ci yerdə qərarlaşıb.

Bu vaxt Luka Marini üçüncü döngədə qəza törədib.

Sessiyanın son 10 dəqiqəsinə yaxın pilotların əksəriyyəti boksda olub və Aleks Markesin nəticəsini yaxşılaşdıra bilən olmayıb. Bir neçə dəqiqə sonra bütün pilotlar yenidən trasa çıxıb. Raul Fernandes ikinci, Françesko Banyaya isə üçüncü pilləyə yüksəlib.

Mark Markes son saniyələrdə 1:31.040 nəticə göstərərək liderliyi ələ keçirib. Xorxe Martin cəmi 0,007 saniyə geridə ikinci olub. Marko Bezzekki üçüncü, Franko Morbidelli dördüncü, Aleks Markes isə beşinci pillədə qərarlaşıb.

Rauf Hacıyev

Şərh əlavə et