Mercedes pilotu cümə günü keçirilən ilk sərbəst yürüşü lider başa vurub, günortadan sonra keçirilən ikinci məşqdə isə beşinci olub.
Yeni trasın yüksək risk daşımasına baxmayaraq ilk gündə gözlənildiyi qədər çox insident yaşanmadığını deyən Rassell pilotların, xüsusilə ilk sessiyada, daha ehtiyatlı davrandıqlarını bildirib.
Corc Rassell: “Bura çox riskli trasdır və düşünürəm ki, bu gün yəqin ki, bütün pilotlar bir qədər daha böyük təhlükəsizlik payı saxlayıblar”.
Rassellin diqqət çəkdiyi əsas məqam isə yeni asfaltın səbəb olduğu təkər aşınması olub.
Britaniyalı pilot yeni asfaltın yüksək ilişmə təmin etdiyini, lakin bunun təkərlərin daha çox sürüşməsinə və nəticədə aşınmanın artmasına səbəb olduğunu bildirib: “Açığı, bunun baş verəcəyini gözləyirdik. Yeni asfaltlarda belə hal tez-tez müşahidə olunur. İlişmə çox yüksəkdir, ancaq eyni zamanda təkərlər kifayət qədər aqressiv şəkildə sürüşür.
İlk sərbəst yürüşdə gördüyümüz aşınma səviyyəsi yarışda davam etsəydi, altı pit-stop etmək ən sürətli strategiya olardı.
İkinci məşqdə vəziyyət bir qədər yaxşı idi və əminəm ki, bazar günü yarış zamanı daha da yaxşı olacaq. Lakin hazırda ən böyük sual işarəsi məhz budur. İlk məşqdə gördüyümüz səviyyədə təkər aşınması olsa, işlər bir qədər asanlaşacaq. Amma bəli, çətin olacaq”.




Şərh əlavə et