Aston Martin pilotu ilk sərbəst yürüşdə çox risk etməmələrinin əsas səbəbinin yeni trasın və döngələrin xüsusiyyətlərinə uyğunlaşmaq olduğunu deyib. İkinci məşqdə yaşanan problemlərin isə komandanın proqramını bir qədər geriyə saldığını vurğulayıb.
Fernando Alonso: “Bu, simulyatorda gördüyümüz işlərdən sonra trasa və döngələrə bir qədər öyrəşməklə bağlı idi. Daha sonra ikinci sərbəst yürüşdə bolidi və sazlamaları bir qədər də optimallaşdırmağa çalışdıq.
Təəssüf ki, ikinci məşqdə bəzi problemlərlə üzləşdik. Normal sessiya keçirə bilmədik və buna görə də həftəsonu proqramından bir qədər geri qaldıq. Amma sabah üçüncü sərbəst yürüşdə bunu kompensasiya etməyə çalışacağıq”.
Alonso sıralanma turlarının vacib olacağını qəbul etsə də, yarış tempinin daha böyük əhəmiyyət daşıdığını bildirib: “Daha çox yarışa fokuslanmalıyıq. Divarlardan uzaq durmalı, diqqətimizi qorumalı və finiş bayrağını görməliyik. Bəlkə də yaxşı nəticə əldə etmək üçün bunlar kifayət edəcək”.




Şərh əlavə et