Xəbəri Kokpitdə Oxuyun!

L.Mekis: Ümid edirəm Hacar Bakıda qayıdar

Red Bull Racing komandasının rəhbəri Loran Mekis əlindən aldığı zədə səbəbindən artıq üçüncü mərhələni buraxan Ayzek Hacarın Azərbaycan Qran Prisində sükan arxasına qayıdacağına ümid edir.

Kokpit.az xatırladır ki, fransalı sürücü məşq edərkən biləyini zədələyib və Niderland, İtaliya və İspaniya Qran Prilərini buraxmalı olub.

Red Bull komandasının rəhbəri Loran Mekis bildirib ki, Hacar bu həftəsonu da yarışa qayıtmayıb, çünki özünü tam hazır hiss etməyib: “Bu həftəsonu Ayzek yalnız özünü 100 faiz yaxşı hiss etmədiyi üçün geri qayıtmayıb. Bizim üçün yeganə meyar da məhz budur.

Biz həmişə demişik ki, o, 100 faiz hazır olan kimi sükan arxasına keçəcək. Özünü yaxşı hiss etmədiyi halda onu trasa çıxarmağın və bununla da tam sağalmasını gecikdirməyin mənası yoxdur.

Bakıya qədər hələ bir qədər vaxtımız var. Bərpa prosesi yaxşı gedir və hər şey plana uyğun inkişaf edir. Bəzi zədələrin sağalması vaxt tələb edir. Bakı mərhələsi öncəsi vəziyyəti yenidən qiymətləndirəcəyik və yalnız bundan sonra onun simulyatorda məşqlərə başlaması barədə qərar verəcəyik”.

Rauf Hacıyev

Şərh əlavə et