Madrinqdə yaşıl bayraqların dalğalanması ilə sessiyaya start verilib. Trasa ilk çıxan pilotlar Esteban Okon, Oliver Berman və Corc Rassell olub.
Qabriel Bortoleto istisna olmaqla, trasa çıxan bütün pilotlar bolidlərində Medium tərkibli təkərlərdən istifadə ediblər. İlk dövrələrdən sonra Lyuis Həmilton 1:36.066 nəticə ilə cədvəlin zirvəsinə yüksəlib.
Bir neçə dəqiqə sonra Həmilton dövrəsini bir qədər də yaxşılaşdıraraq 1:35.563zaman nəticəsi göstərib. Həmin vaxt komanda yoldaşı Şarl Lekler ondan cəmi 0,1 saniyə geridə ikinci olub.
Sessiyanın yarısına çatanda 1:34-lük dövrəyə düşən yeganə komanda Ferrari olub. Boksdan çıxaraq Soft tərkibli təkərlərə keçən Antonelli isə 1:34.865 nəticə göstərib.
Sessiyanın sonuna yaxın pilotların əksəriyyəti sıralanma tempində işləmək üçün Soft təkərlərə keçib. Son 20 dəqiqəyə 1:34.145 nəticə ilə Corc Rassell lider kimi daxil olub.
Qalan dəqiqələr nisbətən sakit və problemsiz keçib. Madrinqdə ilk sərbəst yürüş Rassellin liderliyi ilə Mercedes-in ilk iki pilləni tutması ilə başa çatıb. Onların ardınca isə Ferrari pilotları qərarlaşıb.
Maks Ferstappen beşinci, onun ardınca isə Lando Norris olub. Yeddinci və səkkizinci pillələrdə müvafiq olaraq Arvid Lindblad və Oskar Piastri qərarlaşıb.




Şərh əlavə et